"İnter"in müdafiəçisi Milan Şkrinyar karyerasını İspaniyada davam etdirə bilər. Əzəli rəqiblər "Barselona" və "Real" ulduz futbolçunun xidmətində maraqlıdı. Hər iki klub Slovakiya yığmasının üzvü üçün milanlılarla təmasa keçib.

"İnter"in müdafiəçisi Milan Şkrinyar karyerasını İspaniyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, əzəli rəqiblər "Barselona" və "Real" ulduz futbolçunun xidmətində maraqlıdı.

Hər iki klub Slovakiya yığmasının üzvü üçün milanlılarla təmasa keçib. İtalyanlar 24 yaşlı oyunçusunu 60 milyon avrodan baha qiymətə satmağı planlaşdırır. "Real" və "Barselona" isə danışıqları davam etdirməklə yanaşı, Şkrinyarın cari mövsümdəki oyunlarını da diqqətdə saxlayacaq. Bu məqsədlə İspaniya nəhənglərinin skaut ayırması gözlənilir. Onların AVRO-2020-nin seçmə mərhələsində sabah Trnavada keçiriləcək Slovakiya - Azərbaycan görüşünü izləmələri də istisna deyil.

Qeyd edək ki, Milan Şkrinyarın "İnter"lə müqavilə müddətin 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest