AVRO-2020-nin seçmə mərhələsində Albaniya ilə keçirilən oyun Fransa yığmasının baş məşqçisi Didye Deşam üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis yubiley oyununa çıxıb.

Belə ki, fransızların 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşma Deşamın millinin "sükanı arxası"nda 100-cü görüşü olub. Onun rəhbərliyi altında komanda 65 dəfə qələbə qazanıb, 17 dəfə məğlub olub, 18 görüşdə isə rəqibləri ilə bərabərə qalıb.

Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa yığmasını çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest