"Bir müddət əvvəl baş sümüyüm qırılanda karyeramı bitirməyə hazırlaşırdım. Amma indi yığma komandadayam". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının hücumçusu Kiffer Mur deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək son oyunlara çağırılan "Uiqan"ın futbolçusu kəllə-beyin travmasından sonra bu vəziyyətdən çıxmasının möcüzə olduğunu söyləyib.

27 yaşlı forvard hətta karyerasını bitirmək təhlükəsi ilə üzləşdiyini də vurğulayıb: "Bakıya yollanan heyətdə yer almaq mənə çox şeyi başa düşməyimə kömək oldu: Həyatımı necə yaşamalı olduğumu, futbolçu karyeramda nə istədiyimi. Ağır zədə aldığım zaman təqaüdə çıxmaq barədə söhbət var idi. Amma çox yaxşı bərpa keçdim. Bunu bacaracağıma inanmasaydım, döndükdən sonra oyunlarda meydanda gəzərdim. Əgər top qazanmaq üçün hansısa hərəkəti etməliyəmsə, düşünmədən işimi görəcəm".

Mur komandasının final mərhələsinə vəsiqə qazanacağına inandığını da əlavə edib: "Avropa çempionatının final mərhələsində oynamaq təkcə mənim yox, bütün ölkəmiz üçün böyük uğur və şərəf olardı. Bunu bacarsaq, inanılmaz bir iş görmüş olarıq. Azərbaycan və Macarıstanla matçlarda 6 xal toplayıb, arzumuzu reallaşdırmaq istəyirik. Bunun üçün komandama hər cür köməkliyi etməyə hazıram".

Qeyd edək ki, Uels sabah "Bakcell Arena"da Azərbaycan millisinin qonağı olacaq. Qarşılaşma saat 21:00-da başlayacaq. Britaniyalılar noyabrın 19-da Kardiffdə Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest