"Yığmaya çağırılmağıma çox təəccübləndim. Xorvatiya və Azərbaycanla matçın iştirak ərizəsində olduğum üçün çox xoşbəxtəm". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Nikolas Şpalek deyib.

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla qarşılaşacaq Slovakiyada zədəli Laslo Beneşin əvəzinə milliyə dəvət edilən 22 yaşlı futbolçu bunun sürpriz olduğunu söyləyib.

O, yerli mətbuata açıqlamasında final mərhələsinə vəsiqə şanslarını yüksək qiymətləndirib: "Millidə yer almaq şərəfdi. Laslonun əvəzinə çağırılacağımı gözləmirdim. Onunla hər gün zəngləşib, üzüldüyümü bildirirəm. özümə görə isə məmnunam. Qarşıdakı oyunlarda maksimum gücümü ortaya qoymağa hazıram. Baş məşqçi Pavel Hapalın rəhbərliyi altında U-21 yığmasında oynamışam. O, mənə yaxşı bələddi. Qrupdakı şanslara gəlincə, Xorvatiyanın yüksək keyfiyyətli oyunçuları var. Amma yenə də səfərdə uğurlu nəticə göstərəcəyimizə inanıram".

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest