AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Konfranslar adəti üzrə oyundan bir gün əvvəl gerçəkləşəcək.

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az saytı xəbər verir ki, konfranslar adəti üzrə oyundan bir gün əvvəl gerçəkləşəcək.

Noyabrın 15-də əvvəlcə Uels yığmasının baş məşqçisi Rayan Giqqz saat 14:30-da mətbuat konfransında iştirak edəcək. Gənc mütəxəssis 15:00-da son məşqini keçəcək.

Ardından Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç jurnalistlər önünə çıxacaq. Saat 19:00-da sualları cavablandıracaq xorvatiyalı mütəxəssis bundan yarım saat sonra komandasını məşqə çıxaracaq.

"Bakcell Arena"da baş tutacaq hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi açıq olacaq.

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Uels qarşılaşması saat 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest