Futbol üzrə Xorvatiya yığma komandası və İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi İvan Rakitiç sıradan çıxıb. O, Kataloniya klubunun son məşqlərinin birində zədə alıb.
 
AS nəşrinin yazdığı məlumata görə, təcrübəli futbolçunun zədəsi ciddidi. Onun hətta Xorvatiya yığmasının Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı oynamayacağı bildirilir.
 
Qeyd edək ki, Xorvatiya yığması seçmə mərhələdə Azərbaycan millisi ilə eyni qrupda yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest