Futbol üzrə Fransa çempionatında 13-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd görüş baş tutub.

"Renn" doğma meydanda "Amyen"ə, "Monpelye" isə "Tuluza"ya qalib gəlib. Beş qolun vurulduğu "Nant" – "Sent-Etyen" matçında isə qonaqlar qələbə qazanıblar.

Turun maraqla gözlənilən qarşılaşmasında Marsel və Lion "Olimpik"ləri üz-üzə gəlib. üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Fransa Liqa 1
13-cü tur

8 noyabr

Nitsa – Bordo 1:1
Qol: Melu, 27 – Briand, 49-pen.

9 noyabr

Brest – PSJ 1:2
Qol: Qrandsir, 72 – Di Mariya, 39. İkardi, 85.

Lill – Mets 0:0

Monako – Dijon 1:0
Qol: Qolovin, 42.

Reyms – Anje 0:0

Strasburq – Nim 4:1
Qol: Ayorke, 14. Motiba, 45+1; 85. Linard, 70 – Filippoto, 48.

10 noyabr

Renn – Amyen 3:1
Qol: Hunou, 39. Nyanq, 62. Rafinya, 79-pen – Jirassi, 35.

Monpelye – Tuluza 3:0
Qol: Laborde, 43. Le Tallek, 59. Savanye, 75.

Nant – Sent-Etyen 2:3
Qol: Blas, 14. Louza, 26 – Trauko, 22. Bouanqa, 34; 67.

Olimpik (Marsel) – Olimpik (Lion) 2:1
Qol: Payet, 18-pen; 39 – Dembele, 59.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest