Rusiyanın "Dinamo" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva təmsilçisi Kirill Novikova tapşırılıb.
 
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
 
Xatırladaq ki, "Dinamo"da Dmitri Xoxlovun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini məhz Kirill Novikov yerinə yetirirdi.
 
Moskva təmsilçisi 15 turdan sonra 15 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest