Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avroliqada qrup mərhələsinin 4-cü turunun ən yaxşısı “Sevilya”nın hücumçusu Munir El-Haddadi seçilib.
 
O, qitənin ali futbol qurumunun rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədə Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”) və Enzo Krivellini (“Başakşəhər”) qabaqlayıb.
 
Qeyd edək ki, El-Haddadi "Düdelanj"la (Lüksemburq) ev oyununda (5:2) het-trikə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest