"Zirə"nin daha bir əcnəbi futbolçusu milli komandasına dəvət alıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb.

Bu dəfə yarımmüdafiəçi Robin Nqalande Malavi yığmasına çağırılıb. O, Cənubi Sudan və Uqandaya qarşı keçiriləcək Afrika Millətlər Kubokunun təsnifat oyunlarında iştirak edə biləcək. Malavi noyabrın 13-də Cənubi Sudan, 19-da isə Uqanda ilə qarşılaşacaq.

Qeyd edək ki, dünən "Zirə"nin digər legioner futbolçusu Mfo Kqasvane Botsvana yığmasına çağırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest