Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" də bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə Düsseldorf "Fortuna"sı ilə üz-üzə gəlib. Aue klubu bu oyunda 1:2 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.
 
Nazarov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest