"Deyə bilmərik ki, bu, ən yaxşı nəticədi. Çünki APOEL hər zaman yalnız qələbə barədə düşünür. Ancaq bu heç-heçə yeni bir başlanğıc ola bilər. Bu nəticə çempionatdakı növbəti matçdan etibarən uğurlu çıxış etməyimiz üçün əsas ola bilər".

"Qrupdan çıxmaq üçün önəmli nəticə oldu. Qarşıda daha 3 oyunumuz var. Artıq növbəti matçdan etibarən mərhələ adlamaq baxımından addım atmalıyıq". Matc.az saytının məlumatına görə, bunu APOEL-in müdafiəçisi Vuros Praksitelis deyib.

Kipr təmsilçisi Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə edib. Qarşılaşma ilə bağlı yerli mətbuata danışan 24 yaşlı futbolçu 1 xala məyus olmadıqlarını söyləyib: "Erkən qol buraxsaq da, xarakter nümayiş etdirib oyuna qayıtdıq və hətta hesabda irəli də keçdik. Düzdü, qələbə hesabını qoruya bilmədik, ancaq dəyərli xal qazandıq".

Praksitelis meydanda sərt mübarizənin getməsinin normal olduğunu bildirib: "Meydanda mütləq qarşıdurmalar olacaq. Mən həm özüm, həm də komandam üçün qələbə arzusunda olan futbolçuyam. Komandama ən yaxşısını vermək istəyirəm".

Yunanıstanın gənclərdən ibarət yığma komandasının sabiq üzvü hələ də qrupdan çıxmaq şanslarının olduğunu düşünür: "Deyə bilmərik ki, bu, ən yaxşı nəticədi. çünki APOEL hər zaman yalnız qələbə barədə düşünür. Ancaq bu heç-heçə yeni bir başlanğıc ola bilər. Bu nəticə çempionatdakı növbəti matçdan etibarən uğurlu çıxış etməyimiz üçün əsas ola bilər".

Qeyd edək ki, "Sevilya" 9 xalla A qrupuna liderlik edir. "Qarabağ" 4 xalla 2-ci, "Düdelanj"ı 3 xalla 3-cü, APOEL isə 1 xalla sonuncu pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest