"Komandamı təbrik edirəm. İnkişaf etmək və irəliləmək üçün geniş imkanlarımız var. Qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəyimizə əminəm". Matc.az saytının məlumatına görə, bunu APOEL-in yarımmüdafiəçisi Lukas Souza deyib.

Braziliyalı orta sahə oyunçusu Kipr mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilən oyunu dəyərləndirib.

29 yaşlı futbolçu müdafiə xəttində etibarlı çıxış etdiklərini bildirib: "Tribunaların dolu olması və rəqibin güclü dəstəklə oynaması bizə təsir etmədi. çünki meydanda mübarizə aparan azarkeşlər deyil. Xüsusən də, müdafiədə görülən işlərə görə komandanı təbrik etmək lazımdı".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun 2:2 hesabı ilə nəticələnib. Bu komandalar arasında növbəti matç noyabrın 7-də Nikosiyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest