"Hər kəs bu rəqəmə çata bilməz. Mənim neçə rekordum var, düzü bilmirəm. Rekord axtarmıram, o özü gəlib məni tapır"

"Hazırkı səviyyədə futbolçu olmağımda kömək edən komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm. Ukraynaya qalib gəlmədiyimiz üçün məyusam, amma komandamla fəxr edirəm". Matc.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo deyib.

AVRO-2020-nin seçmə mərhələsində Ukrayna ilə qarşılaşan portuqaliyalılar meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Qarşılaşmada yeganə qolun müəllifi olan Ronaldo rekordlar barədə düşünmədiyini söyləyib: "Hər kəs bu rəqəmə çata bilməz. Mənim neçə rekordum var, düzü bilmirəm. Rekord axtarmıram, o özü gəlib məni tapır".

Qeyd edək ki, Kriştianu Ronaldo karyerası ərzində aktivinə 700 qol yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest