Bu gün AVRO-2020-nin seçmə mərhələsinin VIII turu çərçivəsində Fransa ilə Türkiyə milli komandaları üz-üzə gələcək. Matc.az xəbər verir ki, "Stad de Frans"da keçiriləcək qarşılaşma üçün satılan bilet sayı məlum olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Fransa – Türkiyə oyununa 78 min biletin satıldığı bildirilib. Stadiondakı azarkeşlərin 40 minə yaxınının türk olacağı gözlənilir. Stadion daxilində 1400 mühafizə işçisi olacaq.

Qeyd edək ki, bu gün keçiriləcək Fransa – Türkiyə oyunu saat 22:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest