"Önəmli olan meydanı qalib tərk etməyimiz idi. İlk hissədə oyuna tam nəzarət etdik, kifayət qədər qol imkanları yaratdıq. Hətta Azərbaycana qarşı belə, boşluq buraxmamalı olduğumuzu gördük. Sonda qələbə qazanmağımıza sevindim. O ki qaldı qola, məşq zamanı belə vəziyyətləri tez-tez sınaqdan keçiririk".

"Dönən toplara zərbə vurmağı xoşlayıram. Xoşbəxtlikdən zərbəm də yaxşı alındı". Matc.az saytının məlumatına görə, bu sözləri Macarıstan yığmasının müdafiəçisi Mihay Korhut deyib.

O, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən oyunu dəyərləndirib. Qarşılaşmada yeganə qolun müəllifi olan 31 yaşlı sol cinah oyunçusu həmin vəziyyəti də dəyərləndirib: "önəmli olan meydanı qalib tərk etməyimiz idi. İlk hissədə oyuna tam nəzarət etdik, kifayət qədər qol imkanları yaratdıq. Hətta Azərbaycana qarşı belə, boşluq buraxmamalı olduğumuzu gördük. Sonda qələbə qazanmağımıza sevindim. O ki qaldı qola, məşq zamanı belə vəziyyətləri tez-tez sınaqdan keçiririk. Bunun bəhrəsini gördüm".

Matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Korhut buna təəsssüf hissi keçirdiyini əlavə edib: "Vərəqə almamağa çalışırdım. çünki bununla cəzalı duruma düşəcəyimi bilirdim. Hakimin mənə yaxınlaşıb əlini cibinə atdığını görəndə çox pis oldum. Rəqib futbolçu vəziyyəti düzgün qiymətləndirdi. Məncə, hakim vərəqə verməyə bilərdi. Ancaq qərar verilib, artıq heç nə demək olmaz. Final mərhələsinə vəsiqə şansımız davam edir. Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra tez toparlana bildik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest