"Tuluza" baş məşqçisi Alen Kazanovla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransız mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Kazanov ötən ilin yayından "Tuluza"nı çalışdırırdı.

Qeyd edək ki, "Tuluza" Liqa1-də 9 turdan sonra 9 xalla 18-ci sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest