AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA Budapeştdəki qarşılaşmaya Niderlanddan olan hakimlər briqadasını göndərəcək.

Oyunun baş hakimi Dennis Hiqler olacaq. Ona Yohan Balder və Yoost van Zuilen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bas Niyhuis yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də "Ferens Puşkaş" stadionunda keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest