PSJ iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Tiaqo Silva və hücumçu Edinson Kavani komandanı tərk edəcək.

çünki Paris təmsilçisi adıçəkilən futbolçularla mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaqda maraqlı deyil. 35 yaşlı Silva artıq gələcək planda yoxdu. 32 yaşlı Kavani isə tez-tez zədələndiyi üçün klub daha gənc hücumçuya ehtiyac duyur. Həm Silva, həm də Kavani mövsümün sonunda azad agent kimi istənilən kluba keçə biləcək.

Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən, Edinson Kavani isə 2013-cü ildən PSJ-də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest