Böyük Britaniyanın Yorkşir şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 188-ci Konqresi keçirilib. Matc.az xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi, UCI-nın Asiya və Yaxın Şərq ölkələri üzrə texniki məsləhətçisi Fərhad Əliyev də iştirak edib.
 
Dünyanın ali velosiped qurumunun budəfəki Konqresi zamanı qarşıdakı 5 ildə Olimpiya və qeyri-Olimpiya növləri üzrə dünya çempionatlarını qəbul edəcək ölkələr təsdiqlənib, həmçinin Samoa və Maldiv Adaları Velosiped Federasiyaları Beynəlxalq Velosipedçilər İttifaqının üzvlüyünə qəbul edilib. Bununla da UCI-a üzv olan milli federasiyaların sayı 196-ya çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest