30 Sentyabr 2019, 19:22
DİGƏR
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kubokunun finalında ilk görüşünü keçirib. Matc.az xəbər verir ki, Rəcəbov çinli Dinq Lirenlə qarşılaşıb.
Şahmatçılar arasında ilk duel heç-heçə yekunlaşıb. Növbəti görüş sabah olacaq.