"Səbail"in müdafiəçisi Ürfan Abbasov Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. O, 0:3 hesabıyla uduzduqları matçdan sonra jurnalistlərə verdiyi açıqlamada bunları söyləyib:

"Səbail"in müdafiəçisi ürfan Abbasov Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az saytının məlumatına görə, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra jurnalistlərə verdiyi açıqlamada bunları söyləyib:
 
"Hesab bizim üçün gözlənilməz oldu. Ağır oyun olacağını bilirdik. Rəqib görüşə yaxşı başladı. İlk hissədə qol epizodlarımız oldu, ancaq istifadə edə bilmədik. İkinci hissəni isə demək olar, müdafiədə keçirdik və bu səbəbdən 70-ci dəqiqədən sonra qollar buraxdıq. "Sabah"ı əks-hücumlarda yaxalamaq istəyirdik. İstədiyimiz şeylər alınmadı. Fasilədən sonra müdafiədə oturduq".
 
ürfan fərdi səhvlər etdiklərini bildirib: "Deməzdim ki, 0:3 hesabı oyuna görə oldu. Fərdi səhvlərə yol verdik. Bu oyunu unutmalı, növbəti görüşlərə köklənmək lazımdı".
 
26 yaşlı futbolçu növbəti turda "Neftçi"yə qarşı keçirəcəkləri görüş barədə bunları deyib: "Neftçi" çempionluğa oynayan komandalardan biridi. Əlimizdən gələni edəcəyik ki, nəticəmiz yaxşı olsun".
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest