“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşdıqları “Neftçi” ilə ev oyununu şərh edib. 38 yaşlı mütəxəssis 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşdıqları “Neftçi” ilə ev oyununu şərh edib. Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib: 
 
“Oyunun çətin keçəcəyini təxmin edirdik. “Neftçi” heyətinə görə yaxşı balanslaşmış komandadı. Rasim Ramaldanovun birinci hissədə zədələnməsindən sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan maksimum istifadə etdi. Bunu ustalıq səviyyəsi ilə izah edərdim. “Neftçi” hər mövqedə, hər komponentdə bizdən üstün görünür. Gənc komandayıq. Artırmaq üçün potensialımız var. Komandaya inanırıq. Gənc futbolçularımız matçdan-matça daha yaxşı oyun göstərəcəklər. Biz də istəyərdik ki, doğma meydanımızda azarkeşlərimizi sevindirək. Lakin istəyimiz alınmadı. “Neftçi” layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm. Komandanı görüşə hazırlayarkən müdafiədən oynamaq barədə düşünmürdük. Amma rəqibin ustalığı daha üstün olduğundan bizi müdafiədə oturmağa məcbur etdi. Rasim Ramaldanovun dizi şişib, indi nə isə demək çətindi. O, üç gündən sonra müayinə olunacaq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest