Digər idmançımız Nazim Babayevin çıxışı isə uğursuz alınıb. O, 16,65 metr nəticə göstərərək 19-cu olub və finala vəsiqə qazana bilməyib.

Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatına start verilib. Matc.az xəbər verir ki, yarışın ilk günündə təmsilçimiz Anna Skidan çəkicatma növündə 73,32 metr nəticə göstərərək finala yüksəlib.  Aleksis Kopello təsnifat mərhələsində 16,95 metr nəticə göstərərək 6-cı olub. Atletimiz bu nəticə ilə adını finala yazdırıb.

Digər idmançımız Nazim Babayevin çıxışı isə uğursuz alınıb. O, 16,65 metr nəticə göstərərək 19-cu olub və finala vəsiqə qazana bilməyib.

Dünya çempionatında ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edirlər.

Qeyd edək ki, marafonda iştirak edən digər təmsilçimiz Evans Kiplaqat isə oktyabrın 5-də mübarizəyə başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest