"Oyunun bağlı qapılar arxasında keçirilməsi qərarına görə təəssüflənirəm. Azarkeşlərimiz seçmə mərhələ boyu yanımızda olub, bizi dəstəkləyiblər. Onların yoxluğunu hiss edəcəyik. Çünki ev oyunlarımız zamanı fantastik atmosfer yaradırlar".

"Seçmə mərhələnin sonuna 3 tur qalıb. Hər şey baş verə bilər. Qrupumuzda hər hansı bir sürpriz qeydə alınmayıb. Amma qarşıdakı turların nə gətirəcəyini bilmirik".

Matc.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının futbolçusu Tamaş Kadar deyib. 29 yaşlı müdafiəçi yerli mətbuata müsahibəsində komandasının AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib.

O, gələn ay Azərbaycan millisi ilə boş tribunalar önündə keçiriləcək oyun barədə də danışıb: "Oyunun bağlı qapılar arxasında keçirilməsi qərarına görə təəssüflənirəm. Azarkeşlərimiz seçmə mərhələ boyu yanımızda olub, bizi dəstəkləyiblər. Onların yoxluğunu hiss edəcəyik. çünki ev oyunlarımız zamanı fantastik atmosfer yaradırlar".

Qeyd edək ki, Macarıstan - Azərbaycan oyunu oktyabrın 13-də Budapeştdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest