Futbol üzrə İsveç çempionatında 25-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. 
 
Sözügedən kollektiv doğma meydanda “Sundsval”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
“Kalmar” hazırda 22 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest