AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində gələn ay keçiriləcək Macarıstan - Azərbaycan oyunu azarkeşsiz oynanıla bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb macar azarkeşlərin Slovakiya ilə son ev matçındakı davranışlarıdı.

Sentyabrın 9-da Budapeştdə baş tutan görüş (1:2) azarkeşlər arasında ciddi insidentə səbəb olub. Əgər UEFA cəza tətbiq etsə, oktyabrın 13-də Budapeştdə keçiriləcək Macarıstan – Azərbaycan qarşılaşması azarkeşlərsiz baş tutacaq.

UEFA eyni zamanda Slovakiyanı da eyni cəzaya məruz qoymaq istəyir. Belə ki, oktyabrın 10-da keçiriləcək Slovakiya – Uels qarşılaşması da boş tribunalar önündə ola bilər.

UEFA-nın Slovakiya və Macarıstanın futbol federasiyasını cərimələməsi da gözlənilir. Bu cərimənin 20 min avro olması ehtimal olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest