Bədii gimnastika üzrə Dünya çempionatının səfiri Yana Batırşina çempionatın təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqram çərçivəsində bir sıra tədbirlər və görüşlərdə iştirak edir. Matc.az xəbər verir ki, bu dəfə isə səfir, Bravo marketdə imza günü keçirib.
 
öncə tanınmış şoumen Murad Dadaşov Batırşinanı tamaşaçılara təqdim edib. Daha sonra start götürən gimnastika şousunda azyaşlı gimnastlar öz proqramlarını tamaşaçılara nümayiş etdiriblər.
 
Xeyli insanın marağına səbəb olan görüşün sonunda Yana şəxsi imzası ilə tamaşaçılara xüsusi kartlar hədiyyə edərək, onlarla xatirə şəkilləri çəkdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest