Azərbaycan para-üzgüçüsü Roman Saleh 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Matc.az xəbər verir ki, yığma üzvü Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında 100 metr məsafəyə arxası üstə 1 dəqiqə 1 saniyəyə (1:01:00) üzərək, yarışı 2-ci yerdə tamamlayıb.

O, ilk 2 yerdən birini tutduğu üçün Tokio-2020-yə birbaşa vəsiqə əldə edib. Şamil Şahov isə finala çıxmağı bacarsa da, sonda 8-ci yerlə kifayətlənməli olub.

Qeyd edək ki, bu Azərbaycan paralimpiyaçılarının Tokio-2020-yə qazandığı ikinci lisenziyadı. İlk vəsiqəyə daha əvvəl para-pauerliftinq üzrə yığmanın üzvü Elşən Hüseynov sahib çıxıb. Report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest