Avropa çempionatının seçmə mərhələsində millimizin qonağı olan Xorvatiya yığması 1:1 hesablı heç-heçə ilə kifayətlənməli olub. Matc.az saytının məlumatına görə, yerli KİV komandalarının çıxışını dəyərləndirib.

"Damalılar"ın iki fərqli hissə keçirdiklərini vurğulayan həmkarlarımız həm futbolçularının, həm də Azərbaycan millisi üzvlərinin çıxışına tək-tək qiymət verib. Xorvatlarda ən yüksək bal 6,5 olub ki, buna 3 oyunçu layiq görülüb.

Azərbaycan millisində cəmi 1 nəfər bu qiymətə layiq görülüb. Ancaq qapıçı Emil Balayev qarşılaşmanın qəhrəmanı seçilib və onun çıxışı 8 balla qiymətləndirilib. Sonradan meydana daxil olaraq bərabərlik qoluna imza atan Təmkin Xəlilzadə isə yalnız Balayevdən geri qalıb.

Azərbaycan: Emil Balayev - 8, Pavel Paşayev - 5 (Təmkin Xəlilzadə - 7), Maksim Medvedev - 6, Bəhlul Mustafazadə - 6, Anton Krivotsyuk - 5,5, Qara Qarayev - 6, Cavid Hüseynov - 6 (Emin Mahmudov - 6), Mahir Emreli - 6, Dmitri Nazarov - 6 (Rəşad Eyubov -), Şəhriyar Rəhimov - 6, Ramil Şeydayev - 6,5

Xorvatiya: Dominik Livakoviç - 6,5, Karlo Bartoleç - 5,5 (Yosip Brekalo -), Deyan Lovren - 5,5, Domaqoy Vida - 6, Borna Barişiç - 6, Luka Modriç - 6,5, Marselo Brozoviç - 5,5, Ante Rebiç - 5,5 (Mislav Orşiç -), Nikola Vlaşiç - 6,5, İvan Perişiç - 6, Bruno Petkoviç - 6

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest