Fransanın "Amyen" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Türkiyənin "Başakşəhər" klubunun müdafiəçisi Aurelien Şedyunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kamerunlu futbolçu Fransa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. 34 yaşlı futbolçu yeni komandasında 27 nömrəli formanı geyinəcək.
 
Şedyu 2017-ci ildən "Başakşəhər"də forma geyinirdi. ötən mövsümü isə o, icarə əsasında "Bursaspor"da keçirib. Daha öncə Fransada "Oser", "Lill" klublarında da forma geyinən Şedyu 2013-2017-ci illər aralığında "Qalatasaray"ın uğurları üçün də çalışıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest