Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya yığmasının heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Zlatko Daliç deyib.

Təcrübəli mütəxəssis bildirib ki, Slovakiya və Azərbaycana qarşı keçiriləcək səfər matçlarında aparıcı futbolçu İvan Rakitiçin xidmətindən yararlanmayacaq. Daliç bunu ulduz futbolçunun klub karyerasındakı qeyri-müəyyənliklə əlaqələndirib: "Klubu ilə bağlı taleyi hələ də müəyyənləşməyən Rakitiçlə dünən danışdım. Onun milli komanda üçün hazır olmadığı və ehtiyacımızı maksimum qarşılaya bilməyəcəyi qənaətinə gəldim. Bu üzdən Rakitiçin növbəti oyunlarda bizə qoşulmamasını qərara aldım".

Baş məşqçi Rakitiçin əvəzinə "Kalyari"nin yarımmüdafiəçisi Marko Roqun milliyə çağırıb.

Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest