Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

Belə ki, Məmmədəli Mehdiyev və Günel Həsənli medallar uğrunda mübarizə aparıb. Lakin hər iki cüdoçumuz yarışı medalsız tərk edib.

 

Kişilər, 90 kq

İlk mərhələdən azad olan Məmmədəli Mehdiyev ardından müvafiq olaraq İrji Petr (çexiya) və Remi Fuilleni (Mavritiya) məğlub edib. İdmançımızın 1/8 finaldakı qurbanı türkiyəli Mikail özerler olub. Lakin Mehdiyev təəssüf ki, 1/4 finalda Nemanya Majdovla (Serbiya) bacarmayıb. Nəticədə "qızıl"dan əli üzülən cüdoçumuz "bürünc" şansını davam etdirib. O, təsəlliverici görüşdə Aksel Klerqe (Fransa) ilə qarşılaşıb. Görüşü passiv keçirən Mehdiyev rəqibinə yenilərək, medalsız qalıb.

 

Qadınlar, 70 kq

Təmsilçimiz Günel Həsənli mübarizəni erkən dayandırıb. O, ilk raunddaca avstraliyalı Aoyfe Koflana yenilib.

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıb. 73 kq çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest