"Ayaks"ın gücünü təhlil etməyə ehtiyac yoxdu. Hazırlaşmaq üçün cəmi bir həftə vaxtımız oldu. Futbolda hər şey mümkündü. "Qarabağ"la oyundan əvvəl üzərimizdə təzyiq daha böyük idi. Futbol 90 dəqiqəlik yarışdı, nə olacağını birlikdə görəcəyik".

"Nə edəcəyimizi görmək üçün çox az vaxtımız var. Bu dəfə başqa keyfiyyətə malik komanda ilə qarşılaşacağıq". Matc.az saytı xəbər verir ki, bunu APOEL-in baş məşqçisi Tomas Doll deyib.

çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı səfərdə məğlub edərək pley-offa yüksələn Kipr çempionu bu dəfə "Ayaks"la qarşılaşacaq. Yeni baş məşqçi bildirib ki, rəqibin səviyyəsi yüksək olsa da, komandasında inam var: "Ayaks"ın gücünü təhlil etməyə ehtiyac yoxdu. Hazırlaşmaq üçün cəmi bir həftə vaxtımız oldu. Futbolda hər şey mümkündü. "Qarabağ"la oyundan əvvəl üzərimizdə təzyiq daha böyük idi. Futbol 90 dəqiqəlik yarışdı, nə olacağını birlikdə görəcəyik. Belə rəqibə qarşı kollektiv oyun şərtdi. Açıq futbol oynasaq, problem yaşayacağıq. İki "döyüş" olacaq və hər kəs bundan zövq alacaq".

"Qarabağ"la cavab görüşündən əvvəl APOEL-ə gətirilən Doll qrupu xəyal etdiyini vurğulayıb: "İki həftə əvvəl istirahət edirdimsə, indi "Ayaks"la oyuna hazırlaşıram. "Qarabağ"la cavab matçından 3-4 gün əvvəl baş məşqçi postuna gətirilmişdim. Artıq komandamı daha yaxşı tanıyıram. Mənim xəyallarım var və futbolçuların da belə olmasını istəyirəm. Kipr futbol dünyasının zirvəsində deyil, amma peşəkar şəkildə çalışmaq lazımdı. "Qarabağ"ı məğlub edən futbolçular ölkə çempionudular. Onların bunun davamını gətirəcəyinə inanıram".

Qeyd edək ki, APOEL-lə "Ayaks" arasında ilk oyun bu gün keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest