Uels yığmasının müdafiəçisi Eşli Uilyams karyerasını İngiltərədə davam etdirəcək. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 35 yaşlı futbolçu "Bristol Siti"yə keçməyə yaxındı.

"Everton"dan ayrıldıqdan sonra azad agent statusu daşıyan mərkəz müdafiəçisi Türkiyə və ABŞ-dan gələn təklifləri məhz İngiltərədə qalmaq üçün rədd edib. O, bununla millidə qalmaq şansının da davam edəcəyini düşünür.

Britaniyalılar isə Uels millisinin baş məşqçisi Rayan Giqqzin onu növbəti oyuna çağıracağını vurğulayıb. Bir sözlə, Uilyams sentyabrın 6-da AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı ev oyununda heyətdə yer alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest