çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – APOEL qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfranslarının vaxtı bəlli olub. Matc.az xəbər verir ki, avqustun 12-də, "Azərsun Arena"nın mətbuat zalında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov saat 18:00-da media mənsublarının önünə çıxacaq. 
 
Komandanın son məşqi isə saat 18:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında keçiriləcək. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
APOEL-in baş məşqçisi Tomas Doll isə saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Kipr təmsilçisinin son məşqi isə saat 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.
 
Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – APOEL matçına saat 20:30-da start veriləcək. Komandalar arasındakı ilk matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest