Futbol üzrə Hollandiya çempionatında 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, "Qarabağ"ın UEFA çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən biri olan "Ayaks" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Emmen"lə qarşılaşıb. Paytaxt təmsilçisi bu görüşdə 5 cavabsız qolla qalib gəlib – 5:0.
 
Bu qələbə sayəsində xal ehtiyatını 4-ə çatdıran "Ayaks" 18 iştirakçı arasında 1-ci pilləyə yüksəlib.
 
Xatırladaq ki, "Qarabağ" 3-cü təsnifat mərhələsindəki rəqibi APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da PAOK - "Ayaks" cütünün qalibi ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest