"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Ayaks" aparıcı futbolçusu Donni van de Beki satmağa hazırlaşır. Yarımmüdafiəçi "Real"a keçməyə çox yaxındı. 22 yaşlı orta sahə oyunçusu üçün danışıqlar son mərhələdədi.

"Qarabağ"ın çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Ayaks" aparıcı futbolçusu Donni van de Beki satmağa hazırlaşır. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, yarımmüdafiəçi "Real"a keçməyə çox yaxındı.

Mattiys de Liqt və Frenki de Yonqun gedişindən sonra Amsterdam təmsilçisinin liderinə çevrilən 22 yaşlı orta sahə oyunçusu üçün danışıqlar son mərhələdədi. Yaxın günlərdə keçidin reallaşması və hollandların bu transferdən 50-55 milyon avro qazanması gözlənilir.

Qeyd edək ki, çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - APOEL cütünün qalibi pley-offda "Ayaks" - PAOK cütünün qalibi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest