"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi APOEL gözlənilmədən baş məşqçisi Paolo Trametsanini istefaya göndərib. Komanda Bakıdakı cavab qarşılaşmasına yeni çalışdırıcının rəhbərliyi altında çıxacaq.

"Qarabağ"ın çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi APOEL gözlənilmədən baş məşqçisi Paolo Trametsanini istefaya göndərib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, komanda Bakıdakı cavab qarşılaşmasına yeni çalışdırıcının rəhbərliyi altında çıxacaq.

Bununla bağlı danışıqları intensivləşdirən nikosiyalılar almaniyalı Tomas Dollu komandanın "sükanı arxası"na gətirir. 53 yaşlı mütəxəssislə ilkin danışıq olub  və o, artıq Kiprə yollanıb. Dortmund "Borussiya"sının sabiq çalışdırıcısının gün ərzində keçidinin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, APOEL Trametsanini "Qarabağ"a ilk oyundakı məğlubiyyətə (1:2) görə istefaya göndərib. Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest