APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Yerli mətbuat qovulmaya səbəb kimi, komandanın çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a evdə 1:2 hesabı ilə məğlub olmasını göstərib.

Qeyd edək ki, Paolo Trametsani ötən ildən APOEL-i çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest