"Bərabər səviyyəli iki komanda oynayırdı. Onların bəxti gətirdi, qol vurdular. Biz isə əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Xüsusən də, Pavloviç qola yaxın oldu. Cavab görüşünə pozitiv yanaşmaq lazımdı".

"Nəticədən məmnun deyilik. Yüksək səviyyədə keçirdiyimiz birinci hissədən sonra ardıcıl uğursuz qollar buraxdıq". Matc.az saytının məlumatına görə, bunu APOEL-in yarımmüdafiəçisi Uroş Matiç deyib.

çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı qəbul edən Kipr çempionu doğma azarkeşləri önündə məğlub olub - 1:2. Serbiyalı futbolçu yerli mətbuata açıqlamasında qarşılaşmanı dəyərləndirib.

29 yaşlı oyunçu bəxtlərinin gətirmədiyini düşünür: "Bərabər səviyyəli iki komanda oynayırdı. Onların bəxti gətirdi, qol vurdular. Biz isə əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Xüsusən də, Pavloviç qola yaxın oldu. Cavab görüşünə pozitiv yanaşmaq lazımdı. Düzdü, "Qarabağ" səfərdə 2:1 hesablı qələbə qazandı. Ancaq Merkisin son dəqiqə qolu bizi bunu təkrarlamağa həvəsləndirdi. Bu üzdən bütün diqqətimizi cavab matçına yönəltməliyik. Yaxşı hazırlıq keçmək üçün 6 gün vaxtımız var. İlk oyun bizə plan qurmaq fürsəti vermir. Bakıya ilk görüşdəki nəticəni dəyişmək üçün gedəcəyik. Qapıçıları güclü olsa da, özümüzə güvənirik".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest