çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşan APOEL Nikosiyadakı ilk oyunda 1:2 hesabı ilə məğlub olub. Matc.az saytının məlumatına görə, Kipr təmsilçisi Bakıdakı cavab görüşündə 2 top fərqli qələbə qazanmalıdı ki, bu, heç də real görünmür.

üstəlik, statistika da APOEL-in şansının çox az olduğunu deyir. Məsələ burasındadı ki, 1963-cü ildən bəri avrokuboklarda iştirak edən Kipr klubu ilk oyunda məğlub olduğu rəqiblərinə heç vaxt cavab görüşündə qarşılıq verə bilməyib. APOEL ümumilkdə 33 dəfə birinci görüşdə uduzub və heç vaxt cavab matçında qələbə qazana bilməyib.

Bunun 12-si təsnifat mərhələsi/qrupdan sonrakı pley-offlara təsadüf edib və uğursuzluq sindromunu qırmaq mümkün olmayıb. Nikosiya təmsilçisi ilk oyunda uduzduğu rəqiblərinə adətən cavab qarşılaşmalarında da boyun əyib.

Qeyd edək ki, cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest