Yeni mövsümün hazırlıqlarını davam etdirən Avropa nəhəngləri yoxlama görüşləri keçirirlər. Matc.az saytının məlumatına görə, PSJ ilə "İnter" Makaoda üz-üzə gəlib.

"Kampo Desportivo" stadionunda baş tutan qarşılaşmada 2 qol vurulub. Fransızların ilk hissənin sonlarında vurduğu topa italyanlar son dəqiqə qolu ilə qarşılıq verib. Penaltilər seriyasına ehtiyac duyulub və burda "İnter" dəqiq olub.

 

Yoxlama görüşü

27 iyul

PSJ (Fransa) - "İnter" (İtaliya) - 1:1

Kehrer, 41 - Lonqo, 90+4

Penaltilərlə - 5:6

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest