"Liverpul"un hücumçusu Sadio Mane İngiltərə Superkubokunda "Mançeter Siti" ilə keçiriləcək oyunu buraxacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis Seneqal millisinin üzvünün kollektivə gec qoşulacağını söyləyib: "Manenin heç bir problemi yoxdu, yaxşı formadadı. Sadəcə, yığması ilə qatıldığı turnirdən sonra istirahət edir. O, komandaya avqustun 5-də, "Mançester Siti" ilə Superkubok oyunundan sonra qoşulacaq. İngiltərə Premyer Liqasının ilk turuna hazırlıq üçün 4-5 gün, "çelsi" ilə Avropa Superkuboku üçün isə 10 gün vaxtı olacaq".

Qeyd edək ki, "Liverpul"la "Mançester Siti" arasında "Uembli"də keçiriləcək Superkubok oyunu avqustun 4-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest