Avropa Liqasının II təsnifat mərhələsində bu gün "Arsenal"ın qonağı olacaq "Neftçi" Rusiyada dəstəksiz qalmayacaq. "Sperantsa" ilə görüşdə olduğu kimi, yenə Bakıdan bir qrup azarkeş səfər görüşünə yollanıb.
"Zədə ilə bağlı problemim yoxdu. Özümü yaxşı hiss edirəm və oyuna hazıram. "Dinamo" qarşısında gözləntilər böyükdü. Bütün kollektiv bu matça köklənib. Həmçinin mən özüm də oyuna tam hazıram".
"Neftçi"nin yüksək səviyyəli futbolçuları var. "Arsenal" üçün asan olmayacaq. Ancaq Tula təmsilçisinin sürpriz etməyə gücü var. Ötən mövsüm göstərilən oyun bunun sübutudu. Komanda bu mövsüm də öz oyununu tapır".
Avropa Liqasında ölkəmizi təmsil edən "Neftçi" vətəni tərk edir. "Ağ-qaralar" Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la qarşılaşmaq üçün Rusiyaya yola düşür. Bakılılar bu gün axşam saatlarında qarşılaşmanın keçiriləcəyi mərkəzi arenada son məşqini keçəcək.
"Arsenal" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək oyunlar üçün sifariş vərəqini UEFA-ya təqdim edib. Baş məşqçi İqor Çerevçenko siyahıya 22 futbolçunun adını daxil edib. "Neftçi" ilə görüşlərdə onun ixtiyarında 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu olacaq.
Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Arsenal" buna tarixi oyun gözü ilə baxır. İlk dəfə avrokuboklarda iştirak edəcək Tula təmsilçisi azarkeşlər üçün sürprizlər hazırlayır.
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin Əsas yolunun püşkü atılıb. Tədbir İsveçrənin Nyon şəhərində keçirilib. Mərasimə 39 cüt və 13 klub qatılıb. Cütlərdən 37-si Avropa Liqasi, 2-si Çempionlar Liqasını təmsil edir.
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Arsenal" - "Neftçi" oyunu öncəsi paytaxt təmsilçisinin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 24-də baş tutacaq.
Bu gün Avropa Liqasının Çempionlar yolunda III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Çempionlar Liqasından bu turnirə yuvarlananların potensial rəqibləri bilinib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.