15 Dekabr 2025, 15:26
FUTBOL
"Milan" Aleksis Salemakersin müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq belçikalı yarımmüdafiəçi ilə razılıq əldə olunub. A Seriyası nəhəngi 26 yaşlı futbolçu ilə yaxın günlərdə rəsmi sözləşmə imzalayacaq. Yeni müqavilədə oyunçunun maaşı artırılacaq.
Qeyd edək ki, Aleksis Salemakers bu mövsüm "Milan"ın heyətində keçirdiyi 18 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

_1765818873.jpg)










