"Bütün fikrimizi sabahkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadı ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var"
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dandolk" - "Qarabağ" görüşü canlı yayımlanacaq. Sabah baş tutacaq qarşılaşma yerli kanallardan biri vasitəsilə azarkeşlərə təqdim olunacaq.
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Dandolk" - "Qarabağ" oyunu öncəsi Azərbaycan çempionunun son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə 21:30-da media mənsublarının önünə çıxacaq.
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə əvvəlki raundun 12 cütü və mübarizəyə birbaşa qoşulacaq 8 klub iştirak edib. Həmçinin püşkatma zamanı ölkəsində çempion olmayanlar Liqa yolunda növbəti rəqiblərini tanıyıblar.
"Qazaxıstanda olmuşam. Bu üzdən Azərbaycan mənim üçün yeni ölkə olacaq. Çempionlar Liqasında mərhələ adlamaq əladı. Bu, İrlandiya çempionatında çıxış edən futbolçu üçün yüksək pillədi. "Qarabağ" çox güclü komandadı".
Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Dandolk" - "Qarabağ" görüşünün vaxtı müəyyənləşib. Komandalar arasında ilk oyun İrlandiyada baş tutacaq. Azərbaycan çempionu iyulun 24-də Dandolkda yerli komandanın qonağı olacaq.
"Həm Tiranada, həm də Bakıda taktiki mübarizə oldu. "Partizani" yaxşı təşkilatlanmış şəkildə çıxış etdi. Lakin "Qarabağ" sahib olduğu xüsusi keyfiyyətlərlə mərhələ adlamağı bacardı".
Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub. Bununla həm bu turnirdə, həm də Avropa Liqasında II mərhələnin Çempionlar Liqası yolundakı cütləri müəyyənləşib. I mərhələdə qalib gələn 16 komanda yoluna davam edibsə.
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" üzərində qələbəsinə sabiq futbolçusu Ansi Aqolli də biganə qalmayıb. Albaniyalı müdafiəçi ağdamlıların onun həmyerliləri üzərində qələbəsini sosial şəbəkə vasitəsilə qeyd edib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.