Bu gün Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib. Matc.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə iştirakçıları salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.
Çoxşaxəli fəaliyyətini ölkəmizin inkişafına həsr edən Azərbaycanın birinci xanımının doğum günü hər il xalqımız və müxtəlif təşkilatlar, idarələr və şirkətlərin diqqət mərkəzində olur.
Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
Azərbaycanda idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında dəyişiklik edilib. Matc.az xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunları başa çatıb. Matc.az xəbər verir ki, Azərbaycan yarışı 99 medalla bitirib və 4-cü pillədəki mövqeyini qoruyub.
İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 303 (127 qızıl, 97 gümüş, 79 bürünc), Özbəkistan 140 (46 qızıl, 38 gümüş, 56 bürünc) və İran 127 (38 qızıl, 41 gümüş, 48 bürünc) medalla qərarlaşıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.