"Həşimovun xatirə turniri mənim üçün böyük təcrübə oldu"
"Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq. Onun qazandığı uğurlar bu fikri söyləməyə əsas verir". Matc.az xəbər verir ki, bunu "Vüqar Həşimov Memorialı-2022"nin qalibi olan Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov turnirin mətbuat xidmətinə açıqlamasında deyib.