"Barselona"nın hücumçusu Robert Levandovski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, "Yuventus" klubu polşalı hücumçunun trasnferində əsas namizəddir. Bununla bağlı prosesi artıq başlayıb və oyunçunun agenti Turin klubunun rəhbərliyi ilə rəsmi danışıqlar aparmaq üçün İtaliyadadır. Tərəflər potensial tərəfdaşlığın təfərrüatlarını və oyunçunun şəxsi müqaviləsinin şərtlərini müzakirə edirlər.

Levandovskinin cari mövsümün sonunda "Blaugrana"dan ayrılma ehtimalı olduqca yüksək hesab olunur. Ayrılmanın əsas səbəbi, bildirilir ki, onun müqaviləsinin uzadılması ilə bağlı danışıqların uğursuz olmasıdır. Klub və oyunçu maliyyə və vaxtla bağlı məsələlərdə razılığa gələ bilməyiblər.

Gedəcəyi barədə şayiələrə baxmayaraq, 37 yaşlı polşalı oyunçu Kataloniya klubunun hücum xəttinin vacib hissəsi olaraq qalır. Bu mövsüm Levandovski bütün yarışlarda 40 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest